15:59 23-07-2020
news_image
240
FUTBOL

"Barselona"ya 2 futbolçusunu təklif etdi - "Mançester Siti"

"Mançester Siti" "Barselona"nın müdafiəçisi Nelson Semedonu heyətinə cəlb etməkdə israrlıdır.

Apasport.az saytının məlumatına görə, "şəhərlilər" portuqaliyalı ilə bağlı danışıqları davam etdirir.

Premyer Liqa təmsilçisi növbəti təkliflə kataloniyalılara müraciət edib. Bu dəfə Semedoya qarşılıq mərkəz müdafiəçisi Erik Qarsiya və sağ cinah müdafiəçisi Joao Kanselo "Barsa"ya təklif olunub. İspanların birincini Jerar Pikeyə layiqli əvəzləyici gözündə görməsi bu keçidin reallaşmasını sürətləndirə bilər.

Qeyd edək ki, Nelson Semedonun "Barselona" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.