16:28 23-07-2020
news_image
229
FUTBOL

Futbol yarışlarının vaxtı açıqlandı - Tokio-2020-də

Tokio-2020 Yay Olimpiya Oyunlarında baş tutacaq futbol yarışlarının vaxtı müəyyənləşib.

Apasport.az xəbər verir ki, FİFA tvitter səhifəsi vasitəsilə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək oyunların başlama və bitmə tarixini açıqlayıb.

Bildirilib ki, kişilərin mübarizəsi 22 iyul - 7 avqust aralığında baş tutacaq. Qadınların analoji turniri isə 21 iyul - 6 avqustda gerçəkləşəcək.