16:42 23-07-2020
news_image
364
FUTBOL

Yeni baş məşqçisini müəyyənləşdirdi - "Hatayspor"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun xidmətində maraqlı olan "Hatayspor" yeni baş məşqçisini müəyyənləşdirib.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Super Liqanın debütantını yerli mütəxəssis çalışdıracaq.

Qurbanovdan "yox" cavabı alan "Hatayspor"un Samet Aybaba ilə danışıq apardığı və ilkin anlaşma əldə etdiyi vurğulanıb. Onun yaxın günlərdə təqdim olunması gözlənilir.

Qeyd edək ki, "Hatayspor" komandanı Super Liqaya daşıyan Mehmet Altıparmakla yollarını ayırıb.