17:43 23-07-2020
news_image
321
FUTBOL

Dəyərsiz oyunçulardan ibarət "11-lik" - Premyer Liqada

İngiltərə Premyer Liqasında mövsümün ən dəyərsiz futbolçularından ibarət "11-lik" seçilib.

Apasport.az xəbər verir ki, "Times" nəşri zəif mövsüm keçirən futbolçuların simvolik komandasını müəyyənləşdirib.

Siyahıda "Mançester Yunayted"in müdafiəçisi Viktor Lindelöf, "Çelsi"nin kapitanı Sezar Aspilikueta və "Everton"un hücumçusu Rişarlison da yer alıb.

Mövsümün ən dəyərsiz "11-liy"i
Qapıçı:
Visente Quayta ("Kristal Pelas")
Müdafiəçilər: Ceyms Tarkovski ("Bernli"), Konor Koudi ("Vulverhempton"), Viktor Lindelöf ("Mançester Yunayted"), Sezar Aspilikueta ("Çelsi"), Corc Boldok ("Şeffild Yunayted")
Yarımmüdafiəçilər: Uilfred Ndidi ("Lester"), Oliver Norvud ("Şeffild Yunayted"), Emiliano Buendia ("Norviç"), Cek Qriliş ("Aston Villa")
Hücumçu: Rişarlison ("Everton")