17:59 23-07-2020
news_image
235
FUTBOL

La Liqaya qayıtdı - Alvaro Neqredo

İspaniya millisinin sabiq futbolçusu Alvaro Neqredo ölkəsinə qayıdıb.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı forvard La Liqaya vəsiqə qazanan "Kadis"lə anlaşıb.

Son il yarımı Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Nasr" klubunda keçirən Neqredo "Kadis"lə artıq rəsmi müqaviləyə qol çəkib. O, ötən mövsüm 26 oyunda 11 qol, 4 assistlə yadda qalıb.

Qeyd edək ki, Alvaro Neqredo karyerası ərzində "Rayo Valyekano", "Almeriya", "Real", "Sevilya", "Mançester Siti", "Valensiya", "Midlsbro" və "Beşiktaş"da da çıxış edib.