22:38 23-07-2020
news_image
200
FUTBOL

Baş məşqçi oyuna çıxmadan qovuldu - millidən

Ekvador millisinin baş məşqçisi Yordi Kroyff postundan qovulub.

Apasport.az saytının məlumatına görə, niderlandlı mütəxəssis heç bir oyuna çıxmadan istefaya göndərilib.

Ekvador Futbol Federasiyası rəsmi saytı vasitəsilə 3 illik müqavilə bağlayan çalışdırıcı ilə müqaviləyə birtərəfli xitam verildiyini açıqlayıb. Onunla yanaşı, idman direktoru Antonio Kordon da vəzifəsindən uzaqlaşdırılıb. Bu qərar federasiyanın adıçəkilən şəxslərə 6 milyon dollar təzminat ödəməsi bahasına başa gəlib.

Qeyd edək ki, Ekvador millisində baş məşqçi postuna Amerika Kuboku - 2019-dakı uğursuz çıxışdan sonra istefaya göndərilən Ernan Dario Qomes gətirilib.