23:45 23-07-2020
news_image
343
FUTBOL

Hücumçusu ilə vidalaşdı - "Beşiktaş"

"Beşiktaş" hücumçusu Kevin-Prinq Boatenqlə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, yanvarda icarəyə götürülən 33 yaşlı forvard müqavilə ilə məxsus olduğu "Fiorentina"ya qayıdıb. "Ağ-qaralar" onu birdəfəlik transfer etmək hüququndan yararlanmaqdan imtina ediblər.

Qeyd edək ki, Kevin-Prins Boatenqin "Fiorentina" ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.