09:00 24-07-2020
news_image
156
FUTBOL

Latviya klubu ilə müqavilə imzaladı - sabiq "Neftçi"li

"Neftçi"nin sabiq futbolçusu Dario Frederikonun yeni klubu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, "ağ-qaralar"dan ayrılan braziliyalı vinger karyerasını Latviyada davam etdirəcək.

29 yaşlı futbolçu "Riqa" ilə müqavilə imzalayıb. Ön xətt oyunçusu özü bunu sosial şəbəkə vasitəsilə bəyan edib. Həmçinin klub da artıq onu təqdim edib. Dario "Riqa"da 91 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Dario Frederiko ölkəmizdə müxtəlif illərdə iki dəfə "Kəpəz"də (2015-2017, 2018), iki dəfə "Neftçi"də (2018, 2019-20) çıxış edib.