09:33 24-07-2020
news_image
138
FUTBOL

Kiprlə matçının stadionu açıqlandı - millimizin

Azərbaycan millisinin Millətlər Liqasında Kiprlə keçirəcəyi oyunun məkanı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, kiprlilər C Liqasının 1-ci qrupunda keçirəcəyi ev matçlarının stadionunu açıqlayıb.

Yohan Valemin kollektivi sentyabrın 8-də Azərbaycan yığmasını, eyni zamanda digər rəqibləri Monteneqro və Lüksemburqu GPS stadionunda qəbul edəcək. GPS arenası təxminən 23 minə yaxın tamaşaçı tutumuna malikdir.

Qeyd edək ki, Kipr qrupda ilk oyununu sentyabrın 5-də öz meydanında Monteneqroya qarşı keçirəcək. Azərbaycan millisi isə həmin gün Bakı Olimpiya Stadionunda Lüksemburqla üz-üzə gələcək.