09:58 24-07-2020
news_image
138
FUTBOL

Zədəsini sağaltdı - yığmamızın müdafiəçisi

Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin formasını geyindiyi "Aleksandriya" Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparır.

Apasport.az saytının məlumatına görə, komanda pley-offun yarımfinal mərhələsi çərçivəsində sabah "Mariupol"u qəbul edəcək.

Zədə səbəbindən son oyunları buraxan Paşayev artıq tamam sağalıb. Kollektivlə bir neçə məşqdə iştirak edən cinah müdafiəçisi sabahkı qarşılaşmaya hazırdır. Həmçinin yarımmüdafiəçi Artyom Qordienko da sağalıb və məşqçilər korpusunun ixtiyarındadır.

Qeyd edək ki, sabah keçiriləcək "Aleksandriya" - "Mariupol" görüşü Bakı vaxtı ilə 20:30-da başlayacaq.