11:12 24-07-2020
news_image
133
FUTBOL

Baş məşqçiyə yeni müqavilə təklifi - A seriyasında

İtaliya A seriyasında qalmağı təmin edən "Sampdoriya" baş məşqçisi Klaudio Ranyeri barədə qərarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Genuya təmsilçisi Ranyerini postunda saxlayıb.

Rəhbərlik 68 yaşlı mütəxəssisə artıq yeni 1 illik müqavilə təklif edib. Ranyeri razılıq verərsə, gələn ilin yayına qədər olan sözləşməsinin müddəti 2022-ci ilin yayına qədər olacaq.

Qeyd edək ki, "Sampdoriya" 35 turdan sonra turnir cədvəlinin 11-ci pilləsində qərarlaşır.