12:29 24-07-2020
news_image
173
FUTBOL

"Çelsi"nin futbolçusunu aldı - "Yuventus"

"Çelsi"nin futbolçusu Sem Aylinq İtaliyaya köçüb.

Apasport.az saytının məlumatına görə, 16 yaşlı vinger "Yuventus"la anlaşıb.

İngiltərənin U-17 millisinin üzvü Turin təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. Aylinqin "Çelsi" ilə müqavilə müddəti başa çatdığından, onun keçidi italyanlara havayı başa gəlib. Hücumameyilli oyunçu bir müddət akademiyada oynayacaq.

Qeyd edək ki, Sem Aylinq London klubunun U-19 komandasında çıxış edirdi.