13:09 24-07-2020
news_image
190
FUTBOL

"Lill"lə anlaşdı - Burak Yılmaz

"Beşiktaş"ın kapitanı Burak Yılmazın karyerasını Fransada davam etdirəcəyi dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı forvard "Lill" klubu ilə anlaşma əldə edib.

İstanbula yollanan Fransa klubunun tibbi heyəti tərəfindən müayinədən keçən Türkiyə millisinin üzvü yeni komandası ilə 2 illik müqavilə imzalayacaq. Burak artıq "Beşiktaş"la vidalaşıb.

Qeyd edək ki, Burak Yılmaz "Beşiktaş"a 2018-ci ildə "Trabzonspor"dan keçib.