13:34 24-07-2020
news_image
139
FUTBOL

Növbəti mükafat - "Liverpul"un kapitanına

"Liverpul"un kapitanı Cordan Henderson daha bir fərdi mükafat alıb.

Apasport.az saytının məlumatına görə, İngiltərə Futbol Yazarları Dərnəyi onu mövsümün ən yaxşı futbolçusu seçib.

Adıçəkilən dərnək üzvləri ulduz futbolçuya Premyer Liqada mövsümün ən yaxşısına təqdim edilən mükafatı vermək qərarına gəlib. Bir neçə gün əvvəl isə BBC-nin oxucuları arasında aparılan sorğudan sonra Henderson ən yaxşı seçilmişdi.

Qeyd edək ki, Premyer Liqada sona 1 tur qalsa da, "Liverpul" çempionluğunu çoxdan rəsmiləşdirib.