16:35 24-07-2020
news_image
138
FUTBOL

7 nəfər koronavirusa yoluxdu - Premyer Liqa klubunda

Şotlandiyanın "Sent-Mirren" klubunda 7 nəfər koronavirusa yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə Şotlandiya Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, aparılan testlərin yekununda Premyer Liqa təmsilçisində 7 nəfərin cavabı pozitiv çıxıb. Bu səbəbdən "Sent-Conston"la sabah keçirilməli olan yoxlama görüşü ləğv olunub. Federasiyanın qərarına əsasən, elita klubları həftədə iki dəfə testdən keçirilirlər.

Qeyd edək ki, Şotlandiya Premyer Liqası koronavirus pandemiyası səbəbindən erkən başa çatdırılıb və "Seltik" çempion elan edilib. Yeni mövsümün isə avqustun 1-də start götürməsi planlaşdırılır.