17:07 24-07-2020
news_image
219
FUTBOL

"Yuventus"dan rədd cavabı - Merih üçün

"Yuventus"un müdafiəçisi Merih Dəmiral İngiltərədən təklif alıb.

Apasport.az saytının məlumatına görə, "Lester" Türkiyə millisinin üzvünü transfer etmək niyyətindədir.

Premyer Liqa təmsilçisi 22 yaşlı mərkəz müdafiəçisi üçün 30 milyon avro təklif edib. Lakin Turin klubu bunu düşünmədən rədd edib. Buna baxmayaraq, ingilislər daha bir təkliflə "qoca sinyora"nın qapısını döyməyə hazırlaşır.

Qeyd edək ki, Merih Dəmiral "Yuventus"a ötən il "Sassuolo"dan keçib.