17:22 24-07-2020
news_image
688
FUTBOL

Matiç sabah Azərbaycana gələcək – “Qarabağ”la imza üçün

“Qarabağ” yeni transferinin adını rəsmən açıqlamağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Uroş Matiç sabah Azərbaycana gələcək.

Ölkə çempionu serbiyalı yarımmüdafiəçinin bütün sənəd məsələlərini həll edib və indi səbirsizliklə yolunu gözləyir. Eyni zamanda, o da öz üzərinə düşən işi görüb.

31 yaşlı legioner müqavilə ilə məxsus olduğu “Kopenhagen” ilə danışıqları uğurla başa çatdırıb və transfer vərəqini alıb. 2017-ci ildə Danimarka klubu ilə 4 illik müqavilə bağlayan Matiç sabah Bakıda tibbi müayinədən keçəcək.

Səhhətində bir problem üzə çıxmasa, Ağdam təmsilçisi “Mançester Yunayted”in ulduzu Nemanya Matiçin balaca qardaşıyla 2+1 illik kontrakt imzalayacaq (sportinfo.az).