17:31 24-07-2020
news_image
272
FUTBOL

Daha bir türkiyəli futbolçunu transfer etdi - "Lill"

Daha bir türkiyəli futbolçu karyerasını Fransada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, "Qalatasaray"ın yarımmüdafiəçisi Mustafa Kapı "Lill" klubu ilə anlaşıb.

"Beşiktaş"ın kapitanı Burak Yılmazla 2 illik anlaşma əldə edən "Lill" Mustafanın transferini də həll edib. 18 yaşlı orta sahə oyunçusu Liqa1 təmsilçisi ilə 5 illik sözləşmə imzalayacaq. Transferin detalları barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, "Qalatasaray"ın yetirməsi olan Mustafa Kapı 2018-ci ildən əsas komandaya cəlb olunur.