00:06 25-07-2020
news_image
142
FUTBOL

Klubundan ayrıldı - Frank de Bur

Frank de Bur "Atlanta Yunayted"dən ayrılıb.

Apasport.az saytının məlumatına görə, MLS klubu niderlandlı mütəxəssislə yollarını ayırdığını bəyan edib.

50 yaşlı çalışdırıcının müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. De Burla birlikdə məşqçilər korpusunda yer alan bütün mütəxəssislər yola salınıb.

Qeyd edək ki, əvvəllər "İnter", "Ayaks" və "Kristal Pelas"da çalışmış Frank de Bur 2018-ci ildən "Atlanta Yunayted"ə rəhbərlik edib.