11:04 25-07-2020
news_image
151
FUTBOL

"Sumqayıt" anlaşa bilmədi - Əmir Ağayevlə

Maliyyə çətinliyi yaşayan "Sumqayıt" daha bir aparıcı simasını itirib.

Apasport.az sportinfo.az-a istinadən məlumat verir ki, Azərbaycanı Avropa Liqasında təmsil edəcək klub Əmir Ağayevlə danışıqları dayandırıb.

Tərəflər yeni müqavilə şərtlərini razılaşdıra bilməyiblər. İsrailli yarımmüdafiəçi illik qazancının bir qədər də artırılmasını istəyib, lakin "kimyaçılar" ondan da aşağı məbləğ təklif edib. Hazırda ölkəmizdə olan legionerə bir neçə ay sonra artım sözü verilib, o isə bu şərtə razılaşmayıb.