11:22 25-07-2020
news_image
374
FUTBOL

Ən yaxşı 5 məşqçi bəlli oldu - dünyada

Dünyanın ən yaxşı 5 məşqçisinin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Sportskeeda”nın reytinqinə almaniyalı Yurgen Klopp başçılıq edir.

İngiltərə “Liverpul”unun çalışdırıcısı bütün həmkarlarını arxada qoyub. Komandası ilə ötən mövsüm Çempionlar Liqasını, bu il Premyer Liqanı qazanan mütəxəssisin ən yaxın izləyicisi Pep Qvardioladır. İngiltərə “Mançester Siti”sinin çalışdırıcısı karyerası ərzində 29 titula yiyələnib.

İlk “üçlüy”ü İspaniya “Real”ını çalışdıran fransalı Zinəddin Zidan qapayır. “Atletiko”nun baş məşqçisi Dieqo Simeone 4-cü, “İnter”in çalışdırıcısı Antonio Konte 5-ci yerdə qərarlaşıb.