11:38 25-07-2020
news_image
182
FUTBOL

“Mançester Yunayted” Sançoya alternativ tapdı – “Bavariya”da

Almaniyanın “Bavariya” klubunun futbolçusu Kinqsli Koman karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, fransalı yarımmüdafiəçi “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

Premyer Liqa təmsilçisi Dortmund “Borussiya”sının üzvü Ceydon Sançonun keçidinin reallaşmasında çətinliklərlə üzləşib. Bu üzdən də Komanın transferi gündəmə gəlib.

Artıq fransalının keçidi ilə bağlı danışıqların ilk mərhələsi də baş tutub. 24 yaşlı yarımmüdafiəçinin 40 milyon avroya alınacağı gözlənilir.

Qeyd edək ki, 2017-ci ildən “Bavariya”da oynayan Komanın müqaviləsi 2023-cü ildə başa çatacaq.