21:44 25-07-2020
news_image
445
FUTBOL

Qəbələdə qolsuz sülh – YENİLƏNİB

Yeni mövsümə Qəbələdə hazırlaşan Premyer Liqa təmsilçilərinin iştirakı ilə daha bir oyun keçirilib.

Apasport.az saytının məlumatına görə, avrokuboklara vəsiqə qazana bilməyən “Zirə” və “Qəbələ” sonunculaırn meydanında üz-üzə gəlib.

Görüş qarşılıqlı razılaşma ilə hər biri 30 dəqiqə davam edən iki hissədən ibarət olub. Bu, hər iki komandanın uzun fasilədən sonra ilk matçına çıxması ilə bağlıdır.

Oyun qolsuz sülhlə başa çatıb. Qəbələdəki görüş “Zirə”nin yeni baş məşqçisi Rəşad Sadiqovun bu postda qeyri-rəsmi debütü ilə əlamətdar olub.

Yoxlama oyunu
25 iyul
20:00. “Qəbələ” – “Zirə” – 0:0