13:29 25-07-2020
news_image
196
FUTBOL

Transferlər üçün 300 milyon funt sterlinq – “Mançester Siti”dən

İngiltərənin “Mançester Siti” klubunun yay transferlərinə ayıracağı vəsait müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi bunun üçün 300 milyon funt sterlinq ayırmağa hazırdır.

Heyətini gücləndirmək niyyətində olan Premyer Liqa klubu mərkəz müdafiəçisi, vinger və hücumameylli yarımmüdafiəçi almağı planlaşdırır. Müdafiənin mərkəzi üçün iki oyunçunun transferi gündəmdədir. 

Qeyd edək ki, “Mançester Siti” sonuna bir tur qalan Premyer Liqanın turnir cədvəlində 78 xalla ikincidir.