14:47 25-07-2020
news_image
241
FUTBOL

“Yuventus” Duqlas Kostanı satır – 50 milyona

İtaliyanın “Yuventus” klubu futbolçusu Duqlas Kostanı satmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi braziliyalı vingerin bu yay başqa kluba keçməsini istəyir.

A seriyası klubu cənubi amerikalının satışından 50 milyon avro əldə etmək fikrindədir. 29 yaşlı futbolçu İngiltərə “Mançester Siti”si və Fransa PSJ-sinin maraq dairəsindədir.

Qeyd edək ki, Kostanın “Yuventus”la müqaviləsi 2022-ci ilin iyununda başa çatacaq.