14:56 25-07-2020
news_image
273
FUTBOL

180 milyon avroluq plan – “Real”dan

İspaniyanın “Real” klubu yay fasiləsində heyətində islahatlar aparmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi bir sıra futbolçunu satmaq niyyətindədir.

Klub rəhbərliyinin planına əsasən oyunçu satışından 180 milyon avro əldə edilməlidir. Qaret Beyl və Hames Rodrigesin satılacaq futbolçular sırasında yer alacağı bildirilir.

Luka Yoviç, Oskar Rodriges, Mariano Dias və Braim Diasın da gedişi gözləniləndir. İcarədə olan Dani Sebalyos və Xesus Valyexonun qayıdışı da “Real”ın planları xaricindədir.

Qeyd edək ki, madridlilər artıq iki oyunçusunu satıb. Əşrəf Hakiminin “İnter”, Xavi Sançesin “Valyadolid”ə satışından ümumilikdə 43,5 milyon avro əldə edilib.