21:27 25-07-2020
news_image
216
FUTBOL

Çempion qazandı, kubok sındı, “Dinamo” sevindi

Rusiya kubokunda 2019/20 mövsümünün qalibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, final matçında “Zenit” və “Ximki” üz-üzə gəlib.

Matçın taleyini bir qol həll edib. Artyom Dzyubanın 84-cü dəqiqədə penaltidən vurduğu top “Zenit”ə kubok qazandırıb.

1999, 2010 və 2016-cı illərdə də bu mükafata yiyələnən Sankt-Peterburq təmsilçisi 4-cü uğuruna sevinib. Premyer Liqada da qalib olan “Zenit” 2010-cu ildə olduğu kimi “Qızıl dubl”a imza atıb.

Lakin finaldan sonra kubokun qazanılması komandaya baha başa gəlib. Mükafat futbolçuların əlindən yerə düşüb. Nəticədə kubokun üst hissəsi qopub.

Sınan kubokun “Zenit”ə nəsib olmasına Moskva “Dinamo”su da sevinib. Bu mükafatı çempionun qazanması paytaxt təmsilçisinin Avropa Liqasına yolunu açıb.

“Zenit”in qələbəsinə görə Premyer Liqada 4-cü olan MOİK Avropa Liqasının qrupuna düşübsə, 5-ci olan “Rostov” III, 6-cı olan “Dinamo” II təsnifat mərhələsinə yollanacaq. Sonuncular 2014/15 mövsümündən sonra ilk dəfə avrokuboklara yüksəlib.