23:26 25-07-2020
news_image
175
FUTBOL

Koronavirusdan öldü – millinin həkimi

Futbol üzrə Ukrayna millisinin həkimi Anton Xudayev ölüb.

Apasport.az saytının məlumatına görə, bunu Ukrayna Futbol Assosiasiyası açıqlayıb.

Koronavirus yoluxan tibb işçisinin ölümünə səbəb ürək dayanmasıdır. O, dünyasını dəyişən vaxt ağciyərlərə süni nəfəs aparatına qoşulu olub. Bildirilir ki, onun ağciyərlərinin 70 faizi virusa yoluxub.

Qeyd edək ki, Xudayev 20 ildən artıq “Metallist” klubunun həkimi olub. O, 2016-cı ildən millidə çalışıb.