12:02 26-07-2020
news_image
223
FUTBOL

Messi baş məşqçini seçdi - Marselo Byelsa

"Lids"i İngiltərə Premyer Liqasına daşıyan Marselo Byelsa "Barselona"nın sükanı arxasına keçə bilər.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubunun kapitanı Lionel Messi həmyerlisinin bu posta gətirilməsini istəyir.

Leo argentinalı mütəxəssisi klub rəhbərliyinə təklif edib. Onun fikrincə, komandanı əvvəlki əzəmətinə məhz 65 yaşlı Byelsa qaytara bilər. Byelsanın "Lids"lə müqavilə müddəti iyulun sonuna qədərdir və hələlik yeni sözləşmə imzalamayıb.

Qeyd edək ki, "Barselona"nın hazırkı baş məşqçi Kike Setyenlə mövsümün sonunda yollarını ayırması gözlənilir.