12:14 26-07-2020
news_image
292
FUTBOL

"Qarabağ"ın uğurlarının heç biri təsadüf deyil" - Uroş Matiç

"Qarabağ" haqqında məlumatım var idi. Bilirdim ki, ölkənin ən böyük klubudur".

Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ"ın yeni transferi Uroş Matiç deyib.

Klubun mətbuat xidmətinə açıqlamasında keçidi dəyərləndirən serbiyalı yarımmüdafiəçi yeni komandasına xeyir verməyə çalışacağını söyləyib: "Bilirdim ki, müntəzəm olaraq avrokuboklarda çıxış edir, bu da mənim "Qarabağ"ı seçməyimdə əsas rol oynadı. Artıq "Qarabağ"ın içindəyəm. Bir daha şahidi oldum ki, bu uğurların heç biri təsadüf deyil. Komandada çox yaxşı ailə atmosferi var və çox xoşbəxtəm ki, bu ailənin bir üzvünə çevrildim. Yeni komandama fayda vermək üçün bütün gücümlə çalışacağam və oyunumla özümü azarkeşlərə sevdirəcəyəm".

Qeyd edək ki, "Kopenhagen"dən transfer edilən Uroş Matiç 2+1 illik müqavilə imzalayıb.