13:12 26-07-2020
news_image
211
FUTBOL

Neymar və Martinesin transferini dəyərləndirdi - Bartomeu

"Barselona"nın prezidenti Xosep Bartomeu klubun transfer siyasəti barədə danışıb.

Apasport.az saytının məlumatına görə, klub rəhbəri PSJ-nin hücumçusu Neymar və "İnter"in qolçusu Lautaro Martinesin mümkün keçidini dəyərləndirib.

O, hər iki oyunçunu yay fasiləsində alınacağını istisna etməyib: "Neymarın transferini həyata keçirmək çətindir. Başqa bir oyunçu mütləq əks istiqamətə getməlidir. "İnter"lə Lautaro barədə danışdıq. Ancaq hələlik fasilə vermişik. Bu məsələyə Çempionlar Liqası bitdikdən sonra qayıdacağıq".

Qeyd edək ki, hər iki futbolçu "Barselona"ya keçmək niyyətində olsa da, İspaniya təmsilçisi onların klubları ilə razılıq əldə etməyib.