13:43 26-07-2020
news_image
199
FUTBOL

İtaliyadan 3 təklif - PSJ-nin futbolçusuna

PSJ-nin yarımmüdafiəçisi Leandro Paredes mövsümün sonunda komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçu bir neçə klubdan təklif alıb.

Argentina millisinin üzvü, xüsusən də, İtaliya klublarının diqqət mərkəzindədir. Konkret olaraq "Napoli", "Milan" və "Yuventus" onun uğrunda mübarizəyə girişib. Parislilər orta sahə oyunçusunu 40 milyon avroya satmağa hazırdır. Paredes özü isə "Yuventus"a keçməkdə maraqlıdır.

Qeyd edək ki, geridə qalan mövsüm Liqa1-də 17 oyun keçirən Leandro Paredes 1 məhsuldar ötürmə ilə yadda qalıb.