14:08 26-07-2020
news_image
246
FUTBOL

70 illik rekordu təkrarladı - Lukaku

"İnter"in hücumçusu Romelu Lukaku klub rekordunu təkrarlayıb.

Apasport.az saytının məlumatına görə, belçikalı forvard buna A seriyasının XXXVI turunda "Cenoa" ilə səfər oyununda nail olub.

Komandasının 3:0 hesabı ilə qalib gəldiyi matçda dubla imza atan Lukaku cari mövsüm səfər oyunlarında vurduğu qolların sayını 15-ə çatdırıb. Bununla o, 70 illik rekordu təkrarlayıb. Sonuncu dəfə 1949/50 mövsümündə Stefano Nyers eyni göstərici ilə rekord müəyyənləşdirib.

Qeyd edək ki, Romelu Lukaku bu mövsüm 44 oyunda 29 qol vurub.