14:59 26-07-2020
news_image
195
FUTBOL

"Barselona"nın yetirməsini istəyir - "Çelsi"

"Xetafe"nin müdafiəçisi Mark Kukurella İngiltərəyə köçə bilər.

Apasport.az saytının məlumatına görə, cinah oyunçusu "Çelsi"nin transfer gündəmindədir.

London təmsilçisi bu keçid üçün ispanlara 30 milyon avro təklif etməyə hazırlaşır. "Çelsi"nin prioriteti "Lester"li Ben Çiluell olsa da, qarşı tərəfin 90 milyon avroluq tələbi baş məşqçi Frank Lempardı alternativ seçimə vadar edib. Gənc çalışdırıcı da "Barselona"nın yetirməsini istəyir.

Ötən ay "Barselona"dan 10 milyon avroya transfer edilən Kukurella "Çelsi"yə keçərsə, əldə ediləcək məbləğin 10 faizi kataloniyalılara çatacaq.

Qeyd edək ki, Mark Kukurella ötən mövsüm La Liqada keçirdiyi 37 oyunda 1 qol vurub, 6 məhsuldar ötürmə verib.