22:51 26-07-2020
news_image
148
FUTBOL

Karyerasını bitirdi - millinin sabiq futbolçusu

"Everton"un müdafiəçisi Leyton Beyns karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, bunu 35 yaşlı oyunçu özü açıqlayıb.

Beyns 2007-ci ildən indiyə qədər "Everton"da çıxış edib. 2002-2007-ci illərdə isə "Uiqan"ın formasını geyinib. Tanınmış futbolçu karyerası ərzində 420 oyun keçirib, 39 qol vurub, 67 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Leyton Beyns 2010-2015-ci illərdə İngiltərə millisinin heyətində 30 matçda çıxış edib.