09:59 12-07-2008
news_image
476
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov ilk qələbəsini qazanıb

“APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanın yeganə təmsilçisi Vüqar Həşimov ilk qələbəsini qazanıb. Ağ fiqurlarla oynayan şahmatçımız ABŞ təmsilçisi Aleksandr Onişuku 61-ci gedişdə məğlub edib. Turun ən uzun qarşılaşmasındakı qələbə sayəsində 22 yaşlı qrossmeysterimiz xal hesabını 2-yə çatdırıb. Liderlər qrupundan yarım xal geri qalan V.Həşimov 5-ci tur ərəfəsində 4-8-ci yerləri bölüşür.
Qeyd edək ki, bu gün qara fiqurlarla oynayacaq idmançımız rusiyalı Dmitri Yakovenko ilə qarşılaşacaq.