09:37 27-07-2020
news_image
140
FUTBOL

Şmeyxelin rekordunu qırdı – “Mançester Yunayted”də

İngiltərənin “Mançester Yunayted”    klubunun qapıçısı David de Xea komandasının tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, ispaniyalı Premyer Liqada 113-cü quru oyununu keçirib.

Bu, XXXVIII turun “Lester”lə görüşündə (2:0) rəsmiləşib. 29 yaşlı qolkiper klub tarixinə Premyer Liqada ən çox quru matç keçirən futbolçu kimi düşüb. De Xea danimarkalı Peter Şmeyxeli (112) arxada qoyub.

Qeyd edək ki, David “Mançester Yunayted”ə 2011-ci ildə “Atletiko”dan keçib. O, 313 matçda 314 top buraxıb.