09:46 27-07-2020
news_image
337
FUTBOL

Davor Şuker, Rəşad Sadıqov, Qurban Qurbanov...

Avropa çempionatlarının ən məhsuldar futbolçuları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA ən azı 20 oyun keçirən futbolçular arasında ən yüksək orta məhsuldarlığa malik olanları müəyyənləşdirib.

Seçmə və final mərhələlərinin nəzərə alındığı siyahıya xorvatiyalı Davor Şuker başçılıq edir. Artyom Dzyuba ikinci, Klaas-Yan Huntelaar üçüncüdür.

1. Davor Şuker (Xorvatiya) – 0,91 (20 qol/22 oyun)
2. Artyom Dzyuba (Rusiya) – 0,81 (17/21)
3. Klaas-Yan Huntelaar (Niderland) – 0,79 (19/24)
4. David Vilya (İspaniya) – 0,78 (18/23)
5. Toni Polster (Avstriya) – 0,75 (15/20)
6. Kriştiano Ronaldo (Portuqaliya) – 0,71 (40/56)
7. Yon Dal Tomasson (Danimarka) – 0,71 (22/31)
8. Raul Qonzales (İspaniya) – 0,70 (19/27)
9. Tyerri Anri (Fransa) – 0,67 (18/27)
10. Marko van Basen (Niderland) – 0,67 (16/24)

Azərbaycan futbolçularına gəlincə, milli tarixində yalnız 4 futbolçu qitə çempionatlarında 20 və ya daha çox matç keçirib. Onlardan da yalnız Rəşad Sadıqov qol sevinci yaşayıb. O, 29 görüşdə 1 dəfə fərqlənib – 0,03.

Minimum 20 oyun şərtini nəzərə almasaq, yığmamızın ən yaxşıları hərəyə 2 oyunda 1 qol vuran Murad Hüseynovla Mirbağır İsayev 0,50, 5 görüşdə 2 dəfə fərqlənən Mahir Mədətov 0,40-lıq göstəriciyə imza atıb. Yığmanın bombardiri Qurban Qurbanov Avropa çempionatları səviyyəsində 16 seçmə oyunda 5 qol vurub. Onun göstəricisi 0,31-ə bərabərdir.