10:44 27-07-2020
news_image
156
FUTBOL

Buffondan rekord - Kostadan qeyri-adi nailiyyət

İtaliyanın “Yuventus” klubunun futbolçusu Duqlas Kosta qeyri-adi nailiyyətə imza atıb.

Apasport.az saytının məlumatına görə, braziliyalı yarımmüdafiəçi son 11 ildə 10-cu çempionluğunu yaşayıb.

O, Turin təmsilçisi ilə A seriyasının qızıl medallarına yiyələnib. Bu, Duqlasın İtaliya klubunda üçüncü çempionluğudur.

Braziliyalı 2009/10 mövsümündən başlayaraq 5 dəfə “Şaxtyor”la Ukrayna, 2 dəfə “Bavariya” ilə Almaniya çempionu adını da qazanıb.

Onun komanda yoldaşı Canluici Buffon isə A seriyasında 10-cu dəfə çempion adına yiyələnib. 42 yaşlı qapıçı bununla da çempionatın tarixinin ən titullu futbolçusu kimi öz rekordunu yeniləyib. Leonardo Bonuççi və Corco Kyellinin aktvində 9 qızıl medal var.