11:24 27-07-2020
news_image
362
FUTBOL

“Ən gözəl ölkə Azərbaycan idi” – belçikalı futbolçu

“Muskron”dan ayrılanda aşağı liqadan dəvət gəldi. Amma məni Lüksemburqdan olan təklif özünə cəlb etdi”.

Apasport.az saytının məlumatına görə, bunu Lüksemburqun “Fola” klubunun futbolçusu Korentin Koçur deyib.

Fransada anadan olan belçikalı hücumçu Azərbaycan səfərini yada salıb. Bakı “İnter”inə (indiki “Keşlə”) rəqib olmuş futbolçu ölkəmizin gözəlliyini unutmayıb: “Çünki Lüksemburq təmsilçisi ilə Avropa Liqasında oynamaq imkanım var idi. Bu üzdən seçimimi etdim. Üç il ərzində klubumla bir çox ölkələrdə oldum. Onlar arasında ən gözəl ölkə Azərbaycan idi. Ab-hava baxımından isə Kosovo daha çox xoşuma gəldi”.

Qeyd edək ki, Avropa Liqasının 2017/18 mövsümündəki oyunlarda “İnter” evdə 1:0 hesabı ilə qalib gəlsə də, səfərdə darmadağın olub – 1:4.