12:22 27-07-2020
news_image
141
FUTBOL

Çempionlar Liqasında oynamayacaq – “Bavariya”nın müdafiəçisi

Almaniyanın “Bavariya” klubunun zədələnən futbolçusu Bencamin Pavarın durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, məşq zamanı xəsarət alan fransalı müdafiəçi 6 həftə meydanlardan kənar qalacaq.

Bu isə o deməkdir ki, Pavar Çempionlar Liqasının həlledici oyunlarını buraxacaq. Bu turnir avqustun 23-də başa çatacaq.

Qeyd edək ki, fransalı başa çatan mövsüm Bundesliqada 32 oyuna 4 qol vurub.