15:02 27-07-2020
news_image
142
FUTBOL

“Tottenhem”dən ayrılır, azad agent statusu alır – belçikalı müdafiəçi

İngiltərənin “Tottenhem” klubunun futbolçusu Yan Vertongen London təmsilçisini tərk edir.

Apasport.az saytının məlumatına görə, bunu 33 yaşlı belçikalı müdafiəçinin özü açıqlayıb.

O, səkkiz ildir şərəfini qoruduğu komandadan ayrıldığına üzüldüyünü bildirib. Vertongenin müqaviləsi başa çatdığından azad agent statusu alacaq.

Qeyd edək ki, 2012-ci ildə “Ayaks”dan 12,5 milyon funt sterlinqə transfer olunan müdafiəçi bu müddətdə 315 matçda 27 qol vurub.