15:35 27-07-2020
news_image
404
DİGƏR NÖVLƏR

Yeni idman saytı fəaliyyətə başladı

Azərbaycanda yeni idman saytı fəaliyyətə başlayıb.

Apasport.az saytının məlumatına görə, xarici yarışlara da yer ayıracaq “Bakusport.az”da əsas diqqət ölkə idmanına yönəldiləcək. 

İdmansevərlər burada futbol, basketbol, tennis, voleybol, güləş, habelə “Formula-1”, şahmat, gimnastika, karate, cüdo və bir çox növlərə dair beynəlxalq və yerli xəbərləri bu saytdan izləyə biləcək.  “Bakusport.az”da eksklüziv müsahibələr də yer alacaq.