16:03 27-07-2020
news_image
268
FUTBOL

4 illik müqavilə - “Qalatasaray”da

Türkiyənin “Qalatasaray” klubu heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi Əmrə Kılıncla anlaşıb.

“Sivasspor”la müqaviləsi başa çatan 26 yaşlı yarımmüdafiəçi yeni komandasına azad agent statusu ilə keçib. Onunla 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kılınc 2016/17 mövsümünün qış fasiləsində “Boluspor”dan “Sivasspor”a transfer olunub.