22:02 27-07-2020
news_image
267
FUTBOL

5 xal cəzası – danışılmış oyunlara görə

Polşa Futbol İttifaqı “Krakoviya” klubunu cəzalandırıb.

Apasport.az saytının məlumatına görə, komanda gələn mövsümə -5 xalla başlayacaq.

“Krakoviya” həm də 1 milyon zlot (təxminən 227 min avro) cərimə də ödəyəcək. Bu cəzaya səbəb 2003/04 mövsümündəki korrupsiya hallarının yaşanmasıdır.

Klub ikinci liqada çıxış etdiyi həmin mövsüm danışılmış oyunlarda iştirak edib. Ötən mövsüm tarixində ilk dəfə Polşa kubokunu qazanan “Krakoviya” ölkə çempionatında 7-ci yeri tutub.