23:16 27-07-2020
news_image
222
FUTBOL

Avrokubok iştirakçılarına güzəşt hazırlanır – Premyer Liqada

İngiltərə Premyer Liqasında yeni mövsümlə bağlı yenilik müzakirə olunur.

Apasport.az saytının məlumatına görə, təşkilatçılar avrokubok iştirakçılarının mövsümə daha gec başlamasını təmin etmək fikrindədir.

2019/20 mövsümünün davam etdiriləcək hissəsində meydana çıxacaq komandalara son matçından sonra 30 gün vaxt veriləcək. Məsələn, “Mançester Siti” Çempionlar Liqasının avqustun 23-dəki finalına yüksəlsə, Premyer Liqada ilk matçını sentyabrın 22-də keçirəcək. Bununla bağlı yekun qərar avqustun 6-da verilməlidir.

Qeyd edək ki, Premyer Liqanın üç klubu avrokuboklarda mübarizəni davam etdirir. Bunlar “Mançester Siti”, “Çelsi” və “Vulverhempton”dur. Çempionlar Liqasında 1/8 finalın ilk oyunlarına çıxan komandalardan mançesterlilər “Real”a 2:1 hesabı ilə qalib gəlib, “Çelsi” “Bavariya”dan üç cavabsız qol buraxıb. “Canavarlar” isə Avropa Liqasında “Olimpiakos”la heç-heçə edib – 1:1.