00:01 28-07-2020
news_image
230
FUTBOL

İmtina etdi - Çempionlar Liqasında oynamaqdan

İspaniyanın “Barselona” klubu ilə futbolçusu Artur Ramos arasında narazılıq yaranıb.

Apasport.az saytının məlumatına görə, vətəni Braziliyaya yollanan yarımmüdafiəçi Kataloniya təmsilçisinə qayıtmaqdan imtina edib.

Artur artıq İtaliya “Yuventus”una keçdiyini və yeni klubunda oynayacağını əsas gətirir. Barselonanın eyniadlı təmsilçisi isə futbolçunun Çempionlar Liqasının davam etdiriləcək hissəsində düşərgəsində olmasını tələb edir. İspaniyalılar bu səbəbdən Arturu cəzalandırmağı da planlaşdırır.

Qeyd edək ki, 23 yaşlı Artur “Barselona”dan “Yuventus”a 72 milyon avroya keçib. Kataloniya təmsilçisi avqustun 8-də Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Napoli” ilə üz-üzə gələcək.