10:21 28-07-2020
news_image
47
FUTBOL

“Milan” müqaviləni uzatdı - sponsorla

İtaliyanın “Milan” klubu “Emirates” şirkəti ilə yeni müqavilə imzalayıb.

Apasport.az saytının məlumatına görə, A seriyası və titul sponsoru arasında yeni anlaşma üç mövsümü əhatə edir.

Bu isə o deməkdir ki, 2007-ci ildən başlayan əməkdaşlıq 2022/23 mövsümünün sonuna qədər davam edəcək. “Milan” yeni müqaviləyə görə ildə 11-12 milyon avro qazanacaq. Hərçənd əvvəlki anlaşmada bu rəqəm 14 milyon avroya bərabər idi.

Qeyd edək ki, “Milan” A seriyasının 36 turundan sonra 6-cı yerdə qərarlaşıb.