12:05 28-07-2020
news_image
1369
FUTBOL

“Ağsaqqallar” - Çempionlar Liqasının

Çempionlar Liqası tarixinin ən yaşlı futbolçularının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA qitənin ən nüfuzlu klub turnirində meydana çıxan və qol vuran ən yaşlı futbolçuları müəyyənləşdirib.

Həmçinin yarışın qalibi adını qazanan və finalda qol vuranlar arasında da “ağsaqqallar” bəlli olub.

Ən yaşlı futbolçular
1. Marko Ballotta (Latsio) – 43 yaş 252 gün
2. Canluici Buffon (Yuventus) – 41 yaş 317 gün
3. Aleksandr Şovkovski (Dinamo K) – 41 yaş 255 gün
4. Mark Şvartser (Çelsi) – 41 yaş 206 gün
5. Alessandro Kostakurta (Milan) – 40 yaş 211 gün

Ən yaşlı qol müəllifləri 
1. Françesko Totti (Roma) – 38 yaş 59 gün
2. Rayan Giqqz (Mançester Yunayted) – 37 yaş 289 gün
3. Filippo İnzaqi (Milan) – 37 yaş 86 gün
4. Xavyer Zanetti (İnter) – 37 yaş 71 gün
5. Loren Blan (Mançester Yunayted) – 36 yaş 338 gün

Ən yaşlı qaliblər
1. Paolo Maldini (Milan) – 38 yaş 331 gün
2. Pyetro Verxovod (Yuventus) – 37 yaş 46 gün
3. Alessandro Kostakurta (Milan) – 37 yaş 34 gün
4. Xavyer Zanetti (İnter) – 36 yaş 285 gün
5. Marko Materatsi (İnter) – 36 yaş 276 gün

Ən yaşlı finalçılar
1. Edvin van der Sar (Mançester Yunayted) – 40 yaş 211 gün
2. Canluici Buffon (Yuventus) – 39 yaş 126 gün
3. Paolo Maldini (Milan) – 38 yaş 331 gün
4. Lotar Matteus (Bavariya) – 38 yaş 66 gün
5. Rayan Giqqz (Mançester Yunayted) – 37 yaş 180 gün

Finalda qol vuran ən yaşlı futbolçu
Paolo Maldini (Milan) – 36 yaş 333 gün