12:20 28-07-2020
news_image
253
FUTBOL

"Neftçi" müqavilənin müddətini artırdı - Namik Ələskərovla

"Neftçi” futbolçusu Namik Ələsgərovla müqavilənin müddətini uzadıb. 

Apasport.az klubun saytına istinadən məlumat verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə anlaşma daha 1 illiyə artırılıb.

Mövsümün sonunda bitməli olan müqavilə 2022-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, Namik "Neftçi”də keçirdiyi 4 mövsüm ərzində 94 oyunda meydana çıxıb, 13 qola imza atıb.